RU

Premyer Liqada klub sayı artırıla bilər STADİON MƏSƏLƏSİ HƏLL OLSA...

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasında klub sayı artırıla bilər.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun XXXIV Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında deyib.

Qurum rəsmisi məsələ ilə bağlı hazırda İcraiyyə Komitəsində müzakirələrin aparıldığını qeyd edib:

"Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynanılması üçün tələblər sərtləşdiriləcək. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nın iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var, bunu təmin etməyə çalışırıq. Hazırda İK-nın iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klubların gələ biləcəyini və onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq".

FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”

Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb

AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?

AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ

Cahangir Fərəcullayev: “Bizim üçün ən vacib prioritet milli komandadır”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
apasport.az

2Источники