RU

“Çelsi” futbolçusunu “Real”a görə cəzalandırdı

“Çelsi” yarımmüdafiəçi Entzo Fernandesi iki oyunluq heyöətdən kənarlaşdırıb.

Msport.az xəbər verir ki, buna səbəb futbolçunun bir müddət əvvəl karyerasını “Real”da davam etdirməyə hazır olduğu ilə bağlı açıqlamasıdır.

Bu haqda London klubunun baş məşqçisi Liam Rossenyor məlumat verib:

“Entso sabahkı oyunda (“Port Veyl”lə İngiltərə kuboku uğrunda görüş-red.) və gələn bazar “Mançester Siti” ilə matçda olmayacaq. O, bizim burda qurmaq istədiyimiz sərhədi keçib”.

Argentinalı futbolçu bu mövsüm “Çelsi”də bütün turnirlərdə 46 oyunda meydanda olub.

Избранный
54
47
msport.az

10Источники