RU

Türkiyə jandarmeriyası C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatı barədə  

2025-ci ilin noyabr ayında Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsində heç bir xarici təsir əlaməti aşkar edilməyib və göyərtəsində partlayıcı maddə tapılmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaqın bir hissəsi olaraq hazırlanmış Türkiyə Jandarma Baş İdarəsinin ekspert hesabatına əsasən bildirilir.

Ekspert hesabatına görə, istintaq zamanı qəza yerində sübutların toplanması, təyyarənin qalıqlarının araşdırılması və şahid ifadələrinin təhlili daxil olmaqla bütün beynəlxalq prosedurlara əməl edilib. Gürcüstanla əməkdaşlıq nəticəsində 68-1609 nömrəli C-130 təyyarəsinin qalıqlarının Türkiyəyə qaytarılması təmin edilib. İyirmi qurbanın qalıqları məhkəmə-tibbi ekspertiza üçün Tbilisidən xüsusi reyslə Ankaradakı “Mürted” aerodromuna aparılıb.

Jandarma Baş İdarəsinin hesabatında təyyarənin qalıqlarının ilkin texniki müayinəsinin nəticələri ətraflı şəkildə göstərilib.

Orada bildirilir ki, C-130 təyyarəsinin qalıqlarında qəlpə izləri və ya əldəqayırma partlayıcı qurğulardan yaranan zədələr aşkar edilməyib.

Həmçinin qeyd edilib ki, həlak olan hərbçilərin rəqəmsal materialları və telefonlarının araşdırılması davam edir.

İstintaqın nəticələri əsasında ilkin hesabat, ardınca isə faciənin dəqiq səbəblərini açıqlayan yekun hesabat hazırlanacaq.

Избранный
5
1
azerbaijan-news.az

2Источники