RU

Zelenski: Ukrayna ABŞ ın THAAD raket müdafiə sistemlərini əldə etmək istəyir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna ABŞ-ın yaxın Şərq ölkələrində mövcud olan THAAD raket müdafiə sistemlərini əldə etməyi ümid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Prezident Vladimir Zelenski bildirib.

Zelenski THAAD kompleksi ilə yanaşı, Kiyevin digər raket sistemlərini də əldə etməyi nəzərdə tutduğunu qeyd edib: “Biz bu ölkələrdə (yaxın Şərq ölkələrində) olan, lakin bizdə olmayan antibalistik sistemləri əldə edəcəyimizə ümid edirik. Söhbət THAAD-dan və digər sistemlərdən gedir. Belə sistemlər Avropada da yoxdur. Onların Ukraynada olması çox vacibdir,” – deyə Ukrayna prezidenti qeyd edib.

Dövlət başçısı həmçinin bildirib ki, Kiyev tərəfdaş ölkələrdən "Patriot" zenit-raket kompleksləri üçün "PAC-3" raketlərini əldə etməyə çalışır, lakin bunun üçün ABŞ-ın icazəsi tələb olunur. “Biz bu məsələni qaldırırıq. Bu, yalnız müəyyən bir ölkədən asılı deyil, ABŞ-dan da asılıdır. Yenidən satmaq üçün icazə olmalı və ya onları bizə verməlidirlər. Bəzi hallarda razılaşmalar əldə edilib və indi onlar ABŞ-la bu barədə danışıqlar aparırlar” – deyə Zelenski açıqlayıb.

Qeyd edək ki, Zelenski daha əvvəl Ukraynanın "Patriot" zenit-raket kompleksləri üçün raket çatışmazlığı ilə üzləşəcəyini etiraf etmişdi.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
50
bizimyol.info

10Источники