RU

"İrəvan Rusiyadan uzaqlaşmır, sadəcə balans yaradır" – Şəhla Cəlilzadə

"Ermənistan 2022-ci ildən sonra xarici siyasətində qərbyönümlü irəliləyişlərə nail ola bilmək üçün Rusiyadan uzaqlaşma görüntüsü yaratmağa çalışır. Lakin bu, reallıqda balanslaşdırmadır. Belə ki, Ermənistanla Rusiya arasında ticarət 2019–2024-cü illərdə sürətlə artmış, ticarət dövriyyəsi 2 milyard dollardan 2024-cü ildə 12 milyarda çatmışdı. 2025-ci ildə bu rəqəm 7–8 milyard dollar arasında olsa da, yəni müəyyən qədər azalsa da, Rusiya Ermənistanın bir nömrəli ticarət tərəfdaşı olaraq qalmaqdadır. Həmçinin bu yaxınlarda Paşinyan və digər dövlət rəsmiləri açıq bəyan etdilər ki, Ermənistanın Rusiya hərbi bazalarını ölkədən çıxarmaq niyyəti yoxdur. Buna baxmayaraq, ötən illərdə Ermənistan Rusiyanın rəhbərlik etdiyi təşkilatlar olaraq nə KTMT, nə də MDB çərçivəsində fəaliyyətlərə demək olar ki, qoşulmadı. Məsələn, 2023-cü ildən bəri KTMT-nin keçirdiyi hərbi təlimlərdə Ermənistan iştirak etmədi, əksinə, 2024-cü ildən bəri ABŞ-la birgə bir neçə hərbi təlim keçirdi. 2024-cü ilin fevralında Ermənistanın Baş naziri Paşinyan rəsmi olaraq bəyan etdi ki, ölkəsinin KTMT-də üzvlüyü de-fakto dondurulub. 2024-cü ildə MDB Parlament Assambleyasının görüşündə Ermənistan iştirak etmədi, MDB-nin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə qəbul edilən bəyanata isə qoşulmadı. 2025-ci ildə MDB görüşlərinə isə qatıldı".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə az müddət qaldıqca siyasi qarşıdurma daha da dərinləşir və rəqabət kəskin xarakter alır. Xüsusilə revanşist qüvvələrin fəallaşması prosesin əsas diqqət çəkən məqamlarından biridir. Robert Koçaryan, Serj Sarkisyan və Samvel Karapetyan ətrafında cəmləşən siyasi dairələrin aktivləşməsi həm ölkədaxili güc balansına, həm də regional proseslərin inkişafına təsir edə biləcək amil kimi qiymətləndirilir. Bu şəraitdə qarşıdan gələn seçkilər Ermənistanın gələcək siyasi istiqamətini müəyyənləşdirəcək həlledici mərhələ kimi önə çıxır.

Siyasi şərhçi qeyd edib ki, başqa sözlə, bu təşkilatlarda de-fakto ardıcıl və aktiv fəaliyyət olmasa da, de-yure, hüquqi mövcudluq qalmaqdadır.

Избранный
40
40
aznews.az

10Источники