RU

Tramp NATO ya beş ssenaridə zərər verə bilər Politico

ain.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın müttəfiqlərin İrana qarşı müharibəyə qoşulmaqdan imtina etməsi fonunda NATO-ya qarşı ritorikasını sərtləşdirməsi diqqət mərkəzindədir.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı təhlil “Politico” nəşrində dərc olunub.

Tramp NATO-dan çıxma ehtimalını “tamamilə” nəzərdən keçirdiyini bildirsə də, ABŞ qanunlarına əsasən bu addım Konqresin təsdiqi olmadan mümkün deyil. Buna baxmayaraq, onun açıqlamaları Vaşinqtonun alyansa münasibətində dəyişiklik siqnalları kimi qiymətləndirilir.

Analitiklər mümkün ssenariləri belə ümumiləşdirir:

1. Ritorikanın sərtləşməsi

Trampın NATO-nu açıq şəkildə tənqid etməsi və kollektiv müdafiə öhdəliklərini sual altına alması alyansın etibarlılığına zərbə vura bilər. Bu, ən real ssenari sayılır.

2. Alyans daxilində maneələr yaratmaq

ABŞ NATO daxilində qərarların qəbulunu ləngidə, büdcə ödənişlərini azalda və ya siyasi təzyiq vasitələrindən istifadə edə bilər.

3. ABŞ qoşunlarının azaldılması

Avropadakı Amerika hərbçilərinin sayının qismən azaldılması mümkündür, lakin bu addımın ehtimalı aşağı qiymətləndirilir.

4. “Yumşaq çıxış”

ABŞ NATO-nun planlaşdırma proseslərindən uzaqlaşa, görüşləri boykot edə və ya iştirakını minimuma endirə bilər ki, bu da alyansın fəaliyyətini zəiflədə bilər.

5. Rəsmi çıxış

NATO-dan tam çıxış hüquqi baxımdan çətin və uzun prosesdir. Bu ssenari az ehtimal olunur, lakin tam istisna edilmir.

Ekspertlərin fikrincə, hazırda ən real risk ABŞ-ın ritorika və siyasi təzyiq vasitəsilə NATO-nun daxilində etimadı zəiflətməsidir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
icma.az

2Источники