RU

Kəlbəcərdə meşə yanır

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində “Tala” meşəsində yanğın başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Kəlbəcərli sakinlər Musavat.com-a məlumat veriblər.

Yanğın hələ ki, böyük əraziyə yayılmasa da davam etdiyi deyilir. Sakinlər hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyini məlumatandırıblar.

Nazirlikdən sakinlərə hadisə baş verən əraziyə yanğınsöndürən briqadanın göndərildiyi deyilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
2
icma.az

3Источники