RU

Hidayət Əzimov Hakan Karataşla görüşdü

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə izgüzar səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

H.Karataş və H.Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.

Избранный
8
teleqraf.com

1Источники