İran səmasında ABŞ-a məxsus daha bir F-35 qırıcısı vurulub.
“Tasnim”in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.
Məlumatda bildirilib ki, bu, İran səmasında son 12 saatda SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin məhv etdiyi ikinci qırıcıdır.
Bəyanatda ABŞ-ın regiondakı hərbi təchizatlarının və İsraildə hərbi hədəflərin vurulduğu da qeyd olunub.
İran səmasında vurulan ABŞ-ın F-35 qırıcısının pilotu katapult edib.
“Tasnim”in məlumatına görə, İran hərbçilərinin pilotu əsir götürdüyü ehtimal olunur.