RU

Mərmi havada məhv edilsə də qəlpələr zərərVURDU

BƏƏ-də qaz emalı zavodunda yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Əbu Dabi mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, BƏƏ-də böyük qaz emalı kompleksi olan Habshana Qaz Emalı Zavodunda mərmi qəlpələrinin düşməsi nəticəsində yanğın baş verib. 

Hadisə nəticəsində tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranı raket və nüvə proqramı hazırlamaqda ittiham edərək birgə hərbi əməliyyata başlayıb. İran isə ittihamları rədd edərək İsrailə və bölgədəki ABŞ hərbi bazalarına qarşı cavab zərbələri endirib.

Məlumata görə, münaqişə Yaxın Şərqə yayılaraq minlərlə insanın həyatına son qoyub, genişmiqyaslı elektrik kəsintilərinə və qlobal iqtisadiyyata ciddi zərərə səbəb olub.

Aminə ŞAHSUVARQIZI

Избранный
46
1
redaktor.az

2Источники