RU

Bakıda da satılan meyvə şirəsindən heyvan ölüsü çıxdı FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Meyvə şirəsinin içindən ilan balasının çıxdığı iddia olunur.Demokrat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.İzmir sakini marketdən aldığı "Dimes" meyvə şirəsini açanda gözlərinə inanmayıb. Qutunun içindən çıxan qəribə maddəni görən qadın dərhal həmin anları mobil telefonla qeydə alıb. Görüntüləri çəkən şəxs qutudan çıxan şeyi ilan ölüsünə bənzədərək qorxduğunu bildirib.Məhsulu alan vətəndaş məsələni belə qoymayacağını bildirib. O, İstehlakçı Hüquqlarının Müdafiəsi komissiyasına müraciət edəcəyini və markaya qarşı hüquqi müstəvidə şikayətçi olacağını vurğulayıb.Türkiyədə baş verən hadisə qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. Meyvə şirəsinin içindəki yad cismin nə olduğu hələlik rəsmən təsdiqlənməsə də, görüntülər istehlakçılar arasında ciddi narahatlıq yaradıb.Qeyd edək ki, sözügedən brendin məhsulları Azərbaycan bazarında da satılır.İsmayıl

Demokrat.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
demokrat.az

1Источники