RU

Kredit götürənlərin nəzərinə! Mərkəzi bankın qərarı... AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Uçot dərəcəsinin dəyişməz saxlanılmasına baxmayaraq, bank sektorunda kredit faizləri əvvəlki səviyyədə qalır. Mərkəzi Bankın qərarı bazarda sabitlik siqnalı kimi qiymətləndirilsə də, bu addım bankların faiz siyasətinə ciddi təsir göstərmir. Nəticədə vətəndaşlar üçün kredit şərtlərində yumşalma müşahidə olunmur. Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması bankların kredit faizlərini endirməsi üçün göstəriş xarakteri daşımır, sadəcə müəyyən istiqamət verir:"Bankların kredit faizlərini aşağı salmamasının bir neçə səbəbi var. Bu səbəblərdən birincisi risk faktorudur, yəni problemli kreditlər portfelinin həcmi. Azərbaycanda son illər problemli kreditlərin həcmində ciddi artım müşahidə olunur.İkinci amil faizlər üzrə geri ödənişlərin icra vəziyyətidir, burada da vəziyyət ürəkaçan deyil. Nəticədə bankların likvidliyi azalır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda depozit yığımları son iki ildə 27 faizə qədər azalıb. Bu isə bankların əsas gəlir mənbələrindən biri olan depozitlərdən əldə olunan gəlirlərin də azalmasına səbəb olub. Nəticədə depozit gəlirlərinin azalması kredit faizlərinin aşağı salınmasına imkan vermir. Banklar əsas gəlirlərini itirdikcə, Mərkəzi Bank uçot dərəcəsini aşağı salsa belə, kredit faizlərini endirə bilmirlər".Ekspert deyib ki, Mərkəzi Bank əsasən maliyyə alətlərindən istifadə etməklə ölkədə maliyyə sabitliyini qorumağa çalışır:"Burada əsas strateji hədəflərdən biri milli valyutanın, manatın məzənnəsinin sabit saxlanılmasıdır. Manatın sabitliyi iqtisadiyyatda inflyasiya risklərini azaldır və kredit ödə Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
demokrat.az

1Источники