RU

Prezident İlham Əliyev Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında Əsasnamələrini təsdiq edib - FƏRMAN

Bakı. Trend:

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının DaimiNümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğuhaqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxrikonsulu haqqında Əsasnamə” təsdiq edilib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Səfirliyi haqqındaƏsasnamə” təsdiq edilməlidir.

“Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqındaƏsasnamə” təsdiq edilməlidir.

“Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” təsdiqedilməlidir.

“Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”təsdiq edilməlidir.

Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən "AzərbaycanRespublikasının Səfirliyi haqqında Əsasnamə" AzərbaycanRespublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilətəsdiq edilən "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyihaqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinədə şamil edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəligələn məsələləri həll etməlidir.

Избранный
31
21
az.trend.az

10Источники