Bakı. Trend:
Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələrimüzakirə edilib.
Trend bubarədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-yaistinadən xəbər verir.
Belə ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyində –AZPROMO-da Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin(CICETE) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycanla Çin arasında ticarət və investisiyaəlaqələri barədə məlumat verilib. Bildirilib ki, sərgi vətədbirlərin təşkilini həyata keçirən CICETE Çin Beynəlxalq XidmətTicarəti Sərgisinin (CIFTIS) təşkilatçısı qismində də çıxış edir.Bu çərçivədə Azərbaycan şirkətlərinin bu ilin 9-13 sentyabrtarixlərində Pekin şəhərində keçiriləcək sərgidə iştirak imkanlarıətrafında müzakirə aparılıb.
Görüş zamanı müvafiq sahələr üzrə yerli kadrlarıntəkmilləşdirilməsi məqsədilə CICETE tərəfindən təşkil olunan təlimproqramlarına, o cümlədən Çin bazarı və marketinq strategiyalarınadair sessiyalara cəlb edilməsi perspektivləri nəzərdənkeçirilib.