RU

Azərbaycandan Yunanıstana indiyədək 5,6 mlrd. kubmetr təbii qaz nəql edilib

BAKI, 3 aprel. TELEQRAF

Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbii qazla təchiz edib.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

O əlavə edib ki, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə edib.

Избранный
33
teleqraf.com

1Источники