RU

Argentinalı dünya çempionu "Çelsi"nin heyətindən kənarlaşdırıldı - SƏBƏB

Argentinalı yarımmüdafiəçi Entso Fernandes "Çelsi"nin heyətindən kənarlaşdırılıb.

Fanat.Az "Football London"a istinadən xəbər verir ki, buna səbəb DÇ-2022-nin qalibinin "Real Madrid"ə mümkün keçidi ilə bağlı səsləndirdiyi fikirlərdir.

O, qarşıdakı 2 oyun üçün kollektiv çalışmalara qatılmayacaq. Baş məşqçi Liam Rosenyorun təqdimatı və klub rəhbərliyinin qərarına əsasən 25 yaşlı futbolçu sabah İngiltərə Kubokunun 1/4 finalında "Port Veyl"lə, aprelin 12-də isə Premyer Liqada "Mançester Siti"yə qarşı keçiriləcək oyunları buraxacaq. 

Qeyd edək ki, 2023-cü ilin yanvarından London təmsilçisinin uğurları üçün çalışan Fernandes cari mövsüm klubunun forması ilə 46 matça çıxaraq 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Toğrul
 

Избранный
21
1
fanat.az

2Источники