RU

"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçünqərar verildi

3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Birjanın yaydığı məlumata görə, səhmlərin ilkin ticarət qiyməti və buraxılış həcmi abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək.

Xəbər verdiyimiz kimi, "PAŞA Bank" nominal nizamnamə kapitalının 5%-i həcmində və ya cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər (hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd) emissiya edib. Səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində təklif olunacaqdır. Səhmlərin təklif qiyməti abunə yazılışı müddətindən 5 iş günü əvvəl Emitentin internet səhifəsində və anderrayterlər tərəfindən elan ediləcəkdir. Yerləşdirmədən sonra səhmlərin bazar qiyməti və likvidliyi dəyişkən ola bilər və aktiv ticarət bazarı formalaşmaya bilər. 

Hazırda "PAŞA Bank"ın nominal nizamnamə kapitalının məbləği 354 milyon 511 min 800 manatdır (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olmaqla 17 725 590 ədəd səhm).

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "PAŞA BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1012006628

Səhmlərin növü və forması:  Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu/forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  932 926 ədəd

İlkin ticarət qiyməti:  Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək

Buraxılış həcmi:  Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək

Ticarətə buraxılma tarixi: Abunə yazılışı və yerləşdirmə tarixləri emitent tərəfindən bildiriləcək

Əsas Anderrayter:  Anderrayter

Anderrayter:  “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC,  “ABB-İnvest İnvestisiya Şirkəti” QSC,  “Unicapital İnvestisiya Şirkəti” ASC

Избранный
15
2
marja.az

5Источники