RU

Özbəkistanın qızıl ixracı kəskin şəkildə azalıb

BAKI, 3 aprel. TELEQRAF

Özbəkistan 2026-cı ilin ilk iki ayında qızıl ixrac etməyib, nəticədə, ölkənin ümumi ixracı kəskin şəkildə azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Statistika Komitəsi məlumat yayıb.

Qızıl satışı Özbəkistanın ixrac gəlirlərinin üçdə birini təşkil edir. Amma 2026-cı ilin yanvar-fevral aylarında qızıl satılmayıb. Nəticədə ixrac kəskin şəkildə azalıb.

Müqayisə üçün, 2025-ci ilin ilk iki ayında 1,7 milyard dollar dəyərində qızıl ixrac edilib. Bu dəyər ümumi ixrac gəlirlərinin 41 faizinə bərabər olub.

Yanvar-fevral aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi 11,6 milyard dollara çatıb.

Избранный
31
teleqraf.com

1Источники