3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı “PAŞA BANK” ASC Dövlət qeydiyyat nömrəsi – İSİN AZ1012006628 Səhmlərin növü və forması Sənədsiz adlı, adi səhmlər Ticarət üsulu/forması Kütləvi / Abunə yazılışı Səhmlərin sayı 932,926 ədəd İlkin ticarət qiyməti Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək Buraxılış həcmi Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək Ticarətə buraxılma tarixi Abunə yazılışı və yerləşdirmə tarixləri emitent tərəfindən bildiriləcək Əsas Anderrayter
Anderrayter
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC
“Unicapital İnvestisiya Şirkəti” ASC