RU

Heqset Pentaqonu “təmizləyir” Trampçı və xaçpərəst olmayanlara yer yoxdur

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Pentaqon rəhbəri Pit Heqset, Ordu Qərargah rəisi general Rendi Corc da daxil olmaqla, iyirmi yüksək rütbəli amerikalı zabiti işdən çıxarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumat verən "The Washington Post" qəzetinə görə, Pentaqondakı genişmiqyaslı kadr təmizlənməsi İranla müharibə və mümkün quru əməliyyatına hazırlıq fonunda baş verir.

Məlumatda deyilir ki, Pentaqonda heç də bütün hərbi rəsmilər və ekspertlər İrana qarşı mümkün quru əməliyyatını dəstəkləmir. Məsələn, Amerikanın məşhur özəl hərbi şirkəti "Blackwater"in təsisçisi Erik Prins İranda quru əməliyyatına qarşı çıxıb və bunu riskli adlandırıb.

Heqsetin istefaya göndərdiyi 61 yaşlı Rendi Corc yüksək peşəkar karyeralı zabit, İraq və Əfqanıstan veteranıdır. O, hələ 2023-cü ildə Ordu Qərargah rəisi təyin olunmazdan əvvəl keçmiş Müdafiə naziri Lloyd Ostinin baş köməkçisi vəzifəsində çalışıb.

"The Washington Post" qəzetinin məlumatına görə, Heqset həmçinin bir neçə digər yüksək rütbəli zabitin vəzifə yüksəlişini ləğv edib və ya əngəlləyib. Qəzet yazır ki, hazırkı Pentaqon rəhbəri hərbi keşişlərə yanaşmanı dəyişdirməyə çalışır və müntəzəm olaraq orduda xristianlığın əhəmiyyətini vurğulayır. Qəzet qeyd edir ki, Heqset uzun müddətdir hərbi rəhbərliyi Donald Trampa sədaqət göstərmədiyi üçün tənqid edir.

Xatırladaq ki, ABŞ-nin İrana qarşı əməliyyatı beş həftədir davam edir. Trampa təzyiqlər isə durmadan artır, çünki kampaniya ABŞ-yə gündəlik milyardlarla dollara başa gəlir, yanacaq qiymətlərinin artmasına səbəb olur və populyar deyil. Trampın öz reytinqi tarixi minimum səviyyəyə düşüb. İrandakı rejim isə dəyişməyib və Fars körfəzindəki, İsraildəki hədəflərə hücum etmək qabiliyyətini qoruyub saxlayır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
azpolitika.info

1Источники