RU

Yeni lüğətlər tezliklə nəşrə veriləcək KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək.

KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat yayıb.

Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib, növbəti həftə də daha bir toplantının olması gözlənilir:

“Yəqin ki, növbəti həftədən artıq çap işi ilə bağlı yekun işlər həyata keçiriləcək. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir”.

N.Məmmədli Orfoqrafiya Lüğətinin ilk dəfə dil korpusu əsasında hazırlandığını bildirib:

“Dil korpusu əsasında lüğətin hazırlanması heç bir Türk dövlətində olmayıb. Azərbaycan bunu ilk dəfə edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
11
konkret.az

9Источники