RU

Bakıda bu ünvanlarda saxta proteinlər satılır AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Son illərdə idman qidalarına marağın artması həm onlayn platformalarda, həm də mağazalarda bu məhsulların əlçatanlığını artırıb. Lakin bu artım özü ilə bərabər ciddi sağlamlıq riskləri və qanun pozuntuları da gətirir. Qida Təhlükəsizliyi Agentliyinin Bakıdakı idman zallarında və mağazalarında keçirdiyi son monitorinqlər vəziyyətin kifayət qədər ciddi olduğunu üzə çıxarıb.Yoxlanılan 17 müəssisənin 16-da idman qidalarının satışı aparılsa da, həmin obyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Xətai rayonundakı “Wolf Fitness” və Sabunçu rayonundakı “Arslan” fitnes zallarında müvafiq icazə sənədləri olmadan müxtəlif növ protein və arıqlama məhsullarının qanunsuz satışı müəyyən edilib. Agentliyin əməkdaşları tərəfindən həmin məhsullardan nümunələr götürülərək laboratoriyaya göndərilib və satışdan kənarlaşdırılıb.Problemin digər tərəfi isə etiketlənmə ilə bağlıdır. “İRON MAXX”, “Whey.az”, “Protein Shop” kimi mağazalarda, həmçinin bir neçə idman kompleksində üzərində Azərbaycan dilində məlumat olmayan məhsullar aşkarlanıb. Bu, istehlakçıların nə qəbul etdikləri barədə düzgün məlumat almasına mane olur ki, bu da sağlamlıq üçün birbaşa təhlükədir.Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, idman qidaları dərman vasitəsi deyil və bu məhsullar, o cümlədən digər qida əlavələri tam şəkildə Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır:"Satışın sərbəst olması mümkündür və bu, normaldır, proteinləri həm apteklərdə, həm də müxtəlif mağazalarda və onlayn platformalarda tapmaq olar. Lakin onların saxlanma şəraiti, istifadə müddəti və digər tələblər mütləq nəzərə alınmalıdır.Təəssüf ki, son 20 ildə populyarlaşan bu vasitələr hər kəs üçün eyni şəkildə faydalı olmur. Verilən məlumatlara görə, bəzi hallarda idman proteinləri insanların orqanizmində istənilən nəticəni vermir və hətta daxili orqanlara mənfi təsir göstərə bilər. Bu səbəbdən istehlakçıların məhsullar barədə məlumatlı olması, düzgün dozada və məqsədə uyğun istifadə etməsi vacibdir".Ekspert vurğulayır ki, proteinlərin düzgün istifadə edilməməsi daxili orqanlara və maddələr mübadiləsinə ciddi zərər vura bilər.Qeyd edək ki, hazırda paytaxtda monitorinqlər davam edir və qanunsuz fəaliyyət göstərən obyektlərlə bağlı tədbirlər görülür.

Избранный
43
demokrat.az

1Источники