RU

“İsrail İrana nüvə zərbəsi endirə bilər”

“Əgər İsrail görsə ki, müharibəni uduzur İrana nüvə zərbəsi endirəcək”.

News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Fərhad Mehdiyev deyib. Fərhad Mehdiyev bəzi ssenarilərdə İsrailin İrana nüvə zərbəsi edirmə ehtimalının böyük olduğundan danışıb:

“Bir çox ekspertlərin fikirincə əgər İsrail çıxılmaz vəziyyətdə qalsa İrana qarşı nüvə silahını tətbiq edəcək. Bəzi hallarda bu ssenarinin gerçəkləşmə ehtimalı çox yüksəkdir. Məsələn müharibənin uzun müddət davam etməsi İsraili tükədə bilər. ABŞ-dən fərqli olaraq onlar uzun müddətli müharibəyə hazır deyillər. Silahları tükənəcəyi halda İranının qarşısını almaq üçün İsrailin nüvə silahından başqa seçimi qalmır.

İran da bundan ehtiyyar edir. Məhz buna görə İsrailin nüvə silahını saxladığını təxmin etdiyi yerləri intensiv atəş altında saxlamır. Çünki bilirlər ki, bunun cavabı nüvə zərbəsi olar bilər.Bütün bunlar kifayət qədər təhlükəli və ciddi ehtimallardır”. 

Избранный
20
news365.az

1Источники