2020-ci ildə 900-dən çox qəzalı, şəraitsiz məktəb var idisə, bu gün bu say 400-ə qədər azaldılıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur zamanı deyib. O bildirib ki, hər il şəraitsiz 70-100 təhsil müəssisəsi təmir olunarsa, bu problem 2030-cu ilədək yekunlaşacaq.