RU

Putin ilə Ərdoğan telefonla danışdı: Yaxın Şərqdəki gərginlik...

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat yayıb.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər.

Putin və Ərdoğan İran ətrafında gərginliyin, xüsusən də enerji sektoru üçün mənfi nəticələrə gətirib çıxardığını qeyd edib, Fars körfəzində atəşkəsin zəruriliyi ilə bağlı ortaq mövqe sərgiləyiblər.

Избранный
29
5
publika.az

10Источники