RU

Azərbaycanla Ermənistan sülhü hansı səbəblərdən Zatulin və onunla eyni düşüncəni bölüşənləri narahat edir? – Deputatdan cavab

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfərindənsonra hədəqədən çıxmış gözlərinin qəzəbi absurd mülahizələrinə vəməntiqsizliklə zəngin iddialarına sıçrayan Konstantin Zatulinin“Moskovskiy komsomolets”də yayımlanan məqaləsindən belə anlaşılırki, Azərbaycanla müharibədə Ermənistan deyil, Rusiya DövlətDumasının ən uğursuz deputatlarından biri olan Zatulinin özü məğlubolub və Azərbaycan Ordusu təkcə işğala deyil, eyni zamandaKonstantin Zatulin kimilərin rəzil siyasi karyerasına və iyrənckorporativ maraqlarına son qoyub.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Millət vəkili bildirib ki, uzun illər boyu Azərbaycantorpaqların işğal altında qalması üçün aparılan təslimçiliyə sövqetmə təbliğatının ən bəsit və ən ucuz nümayəndələrindən olanKonstantin Zatulinin separatçılarla, müharibə cinayətkarları iləeyni tezisləri səsləndirməsi, Azərbaycanın qələbəsini nəyinbahasına olursa-olsun kiçiltməyə çalışması təsadüfi deyil:

“Çünki o, Köçəryan, Sarqsyan və digər müharibə caniləri ilə eyni“boşqab”dan qidalanıb və az qala bütün siyasi karyerasının həsrolunduğu bir prosesdən rüsvayçı məğlubiyyətlə çıxmasını hec cürqəbul edə bilmir”.

Deputat bildirib ki, MDB institutunun direktoru olan Zatulininməqaləsində bir cümlə digərini təkzib edir:

“Zatulin heç bir halda qəbul edə bilmir ki, ErmənistanAzərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını vəsuverenliyini 1991-ci ildə tanıyıb. Həmçinin Ermənistanın Praqadavə Vaşinqtonda imzalanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyünütanıması faktını Zatulin və onun böhtançı ağzının sahibləri heç cürhəzm edə bilmirlər.

Rusiya Dövlət Dumasının deputatı, nədənsə Azərbaycanərazilərinin işğal altında olduğu zaman kəsiyində torpaqlarımızdahərbi xuntanın yaratdığı qondarma təsisatın heç bir ölkə, ocümlədən Rusiya tərəfindən də tanınmadığı faktını, əksinə Rusiyanındövlət başçısının Qarabağın Azərbaycanın beynəlxalq səviyyədətanınmış ərazisi olduğu barədə bəyanatlarını dilə gətirməyəcəsarəti çatmır. Qeyd edim ki, Alma-Ata bəyannaməsini imzalayanbütün ölkələr bir-birilərinin ərazilərini qarşılıqlı olaraqtanyşıblar. O cümlədən Rusiya da bu sənəd və digər dövlətlərarasıbəyannamə və müqavilələr çərçivəsində Azərbaycanın ərazibütövlüyünü, suverenliyini tanıyıb.

Paşinyan haqlıdır, Azərbaycan ərazilərinin işğalı həqiqətən dəuzun illər boyu öncə Ermənistan, bütövlükdə isə region üçünboyunduruq rolunu oynayıb. Azərbaycan torpaqların işğaldan azadedilməsi, əslində müxtəlif mübaliğəli ifadələr, təbliğat tezisləriarxasında gislədilən həqiqətləri gün işığına çıxarıb. Kiminin gözüaçılıb, kimininsə böhtan danışan dili...

Maraqlıdır, Zatulunun təsəvvürünə görə, Cənubi Qafqazdaproseslər necə cərəyan etməliydi? Azərbaycanla Ermənistan arasındasülhün əldə edilməsi hansı səbəblərdən Konstantin Zatulin və onunlaeyni düşüncəni bölüşənləri narahat edir? Məgər işğal dövründəRusiyanın niyyəti 30 ilə yaxın davam edən danışıqlarda sülhün əldəedilməsi deyildi? Əgər deyildisə, o zaman sual olunur: Kim kimialdadıb? Həm də 30 il? Bir tərəfdən danışıqlar prosesində vasitəçiolub, digər tərəfdən isə təcavüzkara ödənişsiz silah-sursat, hərbitexnika verməklə işğalın davam etməsini stimullaşdırıb, Azərbaycantorpaqlarının işğalı üzərindən Ermənsitanda hakimiyyəti qəsb edənhərbi caniləri dəstəkləyib.

Nə oldu, “aldatmaq”, “qeyri-səmimi davranış” kimi anlayışlarindi yadınıza düşüb?

30 ilə yaxın bir milyon azərbaycanlı öz doğma evlərindəndidərgin salınıb, insanlar dəmir vaqonlarda, çadırlarda, yarımçıqtikililərdə məhrumuyyətlər içərisində yaşamaq məcburiyyətindəqalıblar. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarındadaş üstə daş saxlanılmayıb, Azərbaycan xalqına məxsus mədəniyyətabidələri, məscidlər, ziyarətgahlar, qəbristanlıqlar, yaşayışevləri vəhşicəsinə dağıdılıb. Bu müddət ərzində Zatulinin indi guyamüdafiə etdiyi ölkəsi təcavüzkara “dur” deməyib, “Azərbaycanxalqının irsinə toxunma, işğala son qoy” deməyib, amma sözdəsülhdən, yaxın qonşuluqdan, qarşılıqlı münasibətlərin inkişafından,ortaq dəyərlərdən danışıb.

Kim kimi aldadıb, Zatulin? Ən böyük yalançı, fitnəkar, saxtakarsən və sənin kimilərdir. Sənin kimi insanlar bütün sivilbəşəriyyətin, sağlam düşünən, sülh şəraitində yaşamaq istəyəninsanların düşmənidir. Sənə “şər-böhtan atma” yazacaqdım, ammafikrimi dəyişdim. Çünki sən şərin özüsən”.

Избранный
22
3
az.trend.az

4Источники