RU

ABŞ-nin “F-35”-i İranda vurulub - pilot İranın əlinə keçib, xilası baş tutmayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu axtarış -əməliyyat tədbirləri zamanı vurulan Amerika F-35 qırıcısının pilotunu tapıb və saxlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, SEPAH-ın baş qərargahının məlumatına görə, qırıcı təyyarə aprelin 3-də səhər saatlarında islam respublikasının mərkəzi rayonları üzərində vurulub.

NourNews” agentliyinin məlumatında deyilir ki, qırıcı təyyarənin pilotuna dair əvvəlki görüntülər amerikalıları çaşdırmaq üçün qəsdən yayımlanıb.

ABŞ rəsmiləri "Röyters" agentliyinə Amerikaya məxsus qırıcı təyyarənin İran səmasında vurulduğunu təsdiqləyib. 

O da bildirilib ki, İran tərəfindən vurulan ABŞ qırıcı təyyarəsinin pilotunun xilas edilməsi istiqamətində aparılan əməliyyat uğursuzluqla nəticələnib.

Məlumata görə, qəza sonrası dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticə verməyib. Pilotun taleyi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur və onun sağ qalıb-qalmadığı bilinmir.

Musavat.com

 

Избранный
38
22
musavat.com

10Источники