RU

Putindən Ərdoğana TƏCİLİ ZƏNG – Nə baş verir?

Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Kreml mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki ölkənin lideri Yaxın Şərqdə davam edən gərginliyi və regional təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər.

Danışıq zamanı Vladimir Putin Ukrayna ilə bağlı danışıqlar prosesinin təşkilində göstərdiyi vasitəçilik səylərinə və bu istiqamətdə əməkdaşlığa hazır olduğuna görə türkiyəli həmkarına xüsusi minnətdarlığını bildirib.

Busaat.az Konkret.az-a istinadən xəbər verir ki, tərəflər İran ətrafında yaranmış gərginliyin “mənfi fəsadlara”, xüsusilə də qlobal energetika sektoruna ciddi təhlükələr yarada biləcəyini vurğulayıblar. Görüş əsnasında Rusiya-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti də nəzərdən keçirilib. Liderlər iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, həmçinin ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılacaq növbəti addımları müəyyənləşdiriblər.

Избранный
4
50
busaat.az

10Источники