RU

Trampdan gözlənilməz təyinat: ABŞ də fırıldaqçılıq çarı vəzifəsi yarandı

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ölkədə fırıldaqçılıqla mübarizə üzrə xüsusi nümayəndə təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında açıqlama yayıb.

Onun sözlərinə görə, Vens xüsusilə Demokratların nəzarətində olan bölgələrdə maliyyə maxinasiyalarının araşdırılmasına diqqət yetirəcək.

"Bu vəzifəni "fırıldaqçılıq çarı" adlandıracağıq. O, hər yerdə fəaliyyət göstərəcək və xüsusilə mavi ştatlarda...

Demokrat siyasətçilərin vergi ödəyicilərinin pullarını mənimsədiyi yerlərdə araşdırmalar aparılacaq. Əgər uğur qazansaq, ABŞ büdcəsində ciddi balans yarada bilərik. Los-Ancelesdə artıq reydlər başlayıb. Uğurlar, Vens" - deyə Tramp bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
2
oxu.az

4Источники