RU

Rövşən Nəcəf millinin çıxışını dəyərləndirdi

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycanın kişilərdən ibarət futbol millisinin ötən il çətin sınaqlarla üzləşdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə milli assosiasiyanın Hesabat Konfransında çıxışı zamanı danışıb.

R.Nəcəf qeyd edib ki, Ayxan Abbasovun rəhbərliyi altında milli komandada müəyyən müsbət irəliləyişlər müşahidə olunub:

“Kişilərdən ibarət millimiz ötən il çətin sınaqlardan keçdi. Ayxan Abbasovun rəhbərliyi altında müsbət irəliləyişlər oldu. Ona təşəkkür edirəm. Komandanın oyununda intizam artıb. “FIFA Series-2026” turnirindəki uğur bunun bariz nəticəsidir. Bir daha millini təbrik edirəm. Komandamıza güvənirəm”.

AFFA prezidenti “Qarabağ” klubunun Avropa kuboklarındakı çıxışını da xüsusi qeyd edib və klub rəhbərliyinə təşəkkürünü bildirib. O vurğulayıb ki, komandanın uğurları azarkeşlərə unudulmaz hisslər yaşadıb.

Rövşən Nəcəf 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatı barədə də fikirlərini bölüşüb. O bildirib ki, bu turnir Avropa və Asiya arasında futbol körpüsü rolunu oynayacaq.

AFFA rəhbəri qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Избранный
37
90deqiqe.az

1Источники