RU

Səhvən göndərilən pul geri qaytarılmayanda nə olur? RƏY

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Səhvən başqasının kartına pul göndərmək tez-tez baş verən haldır və qanun bu cür vəziyyətlər üçün müəyyən mexanizmlər nəzərdə tutur.

Amma vacib məqam odur ki, bank özü pulu birtərəfli qaytara bilməz (əgər qarşı tərəfin razılığı yoxdursa).

Ona görə prosedur mərhələli gedir.

Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

Belə bir hal olduqda, ilk növbədə, dərhal

pul göndərdiyin bankın “call center”inə zəng etmək və ya filiala getmək lazımdır. İlkin olaraq əməliyyatın tarixi, məbləği və kart nömrəsini təqdim edilir, “Səhv köçürmə” olduğunu bildirilir. Daha sonra bank qarşı tərəfin bankı ilə əlaqə saxlayır. Bank həmin şəxslə əlaqə saxlayır və bildirir ki, bu pul səhvən göndərilib, geri qaytarılması xahiş olunur. Əgər şəxs razılaşarsa, pul problemsiz geri qaytarılır. Əgər imtina edərsə, məsələ hüquqi müstəviyə keçir.

Hüquqşünas bildirir ki, Azərbaycan qanunvericiliyinə görə bu hal “əsassız varlanma” sayılır. Yəni şəxs səhvən daxil olan pulu geri qaytarmağa borcludur. Əks halda, bu artıq hüquq pozuntusudur. Əgər qarşı tərəf pulu qaytarmırsa, məhkəməyə iddia ərizəsi verilir, sübut kimi bank çıxarışı, ödəniş qəbzi, əməliyyat detalları təqdim olunur. Məhkəmə qərarı ilə pul məcburi qaytarılır.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
icma.az

1Источники