RU

Pentaqon nüvə arsenalı üçün rekord büdcə istəyir

Ağ Ev ABŞ-nin nüvə kompleksinin modernləşdirilməsi və strateji çəkindirmə imkanlarının artırılması məqsədilə 2027-ci il üçün müdafiə büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını təklif edib.

“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ administrasiyasının hazırladığı sənəddə 1,5 trilyonluq büdcə artımının milli təhlükəsizlik maraqlarını qorumaq üçün zəruri olduğu bildirilir.

Modernləşdirmə planı nüvə triadının yenilənməsi, komandanlıq və rabitə sistemlərinin təkmilləşdirilməsini əhatə edir.

Qeyd edək ki, fevralın 5-də Rusiya ilə imzalanmış “Strateji hücum silahlarının azaldılmasına dair müqavilə”nin (New START) müddətinin başa çatması və yenilənməməsi tərəflər arasında silahlara nəzarət sahəsində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Bu kontekstdə martın 24-də ABŞ Dövlət Katibinin müavini Tomas DiNanno Vaşinqtonun Moskva ilə “ekzotik” adlandırılan yeni nüvə silahları barədə müzakirələrə hazır olduğunu bildirib. ABŞ tərəfini xüsusilə Rusiyanın “Burevestnik” qanadlı raketi və “Poseidon” sualtı dronu kimi müasir sistemləri narahat edir.

Xatırladaq ki, ABŞ-nin 2027-ci maliyyə ili üçün təklif etdiyi 1,5 trilyon dollarlıq rekord müdafiə büdcəsinin əhəmiyyətli hissəsi məhz nüvə arsenalının şaxələndirilməsinə və İranla davam edən gərginlik fonunda hərbi hazırlığın artırılmasına yönəldiləcək.

"Cebheinfo.az" 

Избранный
31
cebheinfo.az

1Источники