RU

“Qarabağ” – “Sabah” görüşü heç-heçə ilə yekunlaşıb

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları davam edir.

90deqiqe.Az-ın məlumatına görə, bu gün “Qarabağ” və “Sabah” komandaları Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

“Qarabağ”ın heyətində qolları 29 və 60-cı dəqiqələrdə Kadi Borges vurub. “Sabah”dan isə Umarali Raxmonaliyev 23-cü dəqiqədə və 65-ci dəqiqədə penaltidən fərqlənərək dubla imza atıb.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri aprelin 21-22-də keçiriləcək və qaliblər final mərhələsinə vəsiqə qazanacaqlar.

Избранный
32
47
90deqiqe.az

10Источники