Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
İspaniya La Liqasında 30-cu turun həyəcanı start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyununda autsayderlər zonasından uzaqlaşmağa çalışan "Rayo Valyekano" öz meydanında "Elçe"ni qəbul edib. Gərgin keçən qarşılaşmada meydan sahibləri minimal hesablı qələbə qazanaraq vacib 3 xalı aktivinə yazdırıb - 1:0.
Bu qələbədən sonra "Rayo Valyekano" xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində 12-ci pilləyə yüksəlib. "Elçe" isə 29 xalla 17-ci yerdə qalıb.
Hazırda turnir cədvəlinə 73 xalla "Barselona" başçılıq edir. Onu 69 xalla "Real Madrid" izləyir. İlk "üçlüy"ü isə 58 xalı olan "Vilyarreal" qapayır.
Turun digər qarşılaşmaları bu gün və növbəti günlərdə keçiriləcək. Proqramı təqdim edirik:
4 aprel:
• "Real Sosyedad" – "Levante"
• "Malyorka" – "Real Madrid"
• "Real Betis" – "Espanyol"
• "Atletiko Madrid" – "Barselona"
5 aprel:
• "Xetafe" – "Atletik Bilbao"
• "Valensiya" – "Selta"
• "Real Ovyeo" – "Sevilya"
• "Alaves" – "Osasuna"
6 aprel:
• "Jirona" – "Vilyarreal"
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.