RU

SEPAH: İran HHM sistemləri iki raket və iki PUA-nı məhv edib

İranın hava hücumundan müdafiə (HHM) sistemləri iki kreyser raketi və iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.

"Far.Az" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Qeyd olunub ki, kreyser raketləri ölkənin şimal-qərbindəki Zəncan və mərkəzi hissəsindəki Xomeyn şəhərləri üzərində vurulub.

Bundan əlavə, SEPAH-ın məlumatına görə, İsfahan üzərində bir ədəd "MQ-9 Reaper" PUA-sı, ölkənin cənubundakı Buşehr şəhəri üzərində isə "Hermes" tipli digər bir PUA vurularaq məhv edilib.

Избранный
63
far.az

1Источники