RU

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb

Bakı, 4 aprel, AZƏRTAC

İrana qarşı hərbi əməliyyatların başlanmasından bu yana 365 amerikalı hərbçi yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqona istinadla “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, yaralananlar arasında 247 nəfər ABŞ Quru Qoşunlarının, 63 nəfər Hərbi Dəniz Qüvvələrinin, 36 nəfər Hərbi Hava Qüvvələrinin və 19 nəfər Dəniz Piyadaları Korpusunun hərbçisidir.

Qəzet daha əvvəl 13 amerikalı hərbçinin ölümü barədə də məlumat vermişdi.

Избранный
75
2
azertag.az

3Источники