Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib.