RU

100 il yaşamağın sirri: Rasionda cəmi bir dəyişiklik kifayətdir

Qida rasionunda yalnız bir dəyişiklik etməklə 100 yaşına qədər yaşamaq mümkündür.
 
Moderator.az xəbər verir ki, həkim Dieqo Suares "La Razon" nəşrinə müsahibəsində uzunömürlülüyün sadə formulunu açıqlayıb.
 
Uzunömürlülüyə nail olmaq üçün Dieqo Suares emal olunmuş ət məhsullarını, şəkərli içkiləri, quru səhər yeməklərini və şirniyyatları evdən uzaq tutmağı tövsiyə edib. Lakin mütəxəssis maraqlı bir məqamı da vurğulayıb: bu qidaları rasiondan tamamilə silməyə ehtiyac yoxdur.
 
Həkimin fikrincə, əsas məsələ bu qidaların əlçatanlığını məhdudlaşdırmaqdır:
 
"Əgər hərdən özünüzə zövq vermək istəyirsinizsə, çölə çıxın və onları kənarda yeyin. Lakin heç vaxt bu qidaların evinizin astanasından keçməsinə icazə verməyin. Çünki evdə olduqda onlar sizin gündəlik ritualınıza çevrilir və asılılıq yaradır".
 
Dieqo Suares əlavə edib ki, hər bir fərd üçün ev yalnız sağlam vərdişlərin formalaşdığı və qorunduğu xüsusi bir məkan olmalıdır. /oxu.az/
 
Избранный
46
1
moderator.az

2Источники