RU

İtaliya baş naziri Körfəz ölkələrinə gedib

İtaliyanın Baş naziri Corcia Meloni Körfəz ölkələrinə səfərində əsas müzakirə mövzusunun nə olacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, onun açıqlamasını Corriere della Sera" qəzeti yayıb. Bildirilir ki, dəfər zamanı italyan istehlakçılarına neft tədarükü məsələsi müzakirə ediləcək: "Səfərim dostumuz olan ölkələrlə həmrəylik jestidir. Əlbəttə ki, məqsədim İtaliyanın ehtiyac duyduğu enerjiyə sahib olmasını təmin etmək olacaq".

Meloni xatırladıb ki, əvvəlcə Əlcəzairə səfər edib və orada İtaliyaya qaz tədarükü ilə bağlı müzakirələr aparıb: "İndi ilk növbədə neft haqqında danışmaq üçün Fars körfəzinə səfər edirəm".

O bildirib ki, danışıqlar zamanı ABŞ, İsrail və İran arasında silahlı münaqişə səbəbindən Hörmüz boğazının blokadası məsələsinə də toxunacaq.

İtaliya mediası xəbər verir ki, Meloni dünən Səudiyyə Ərəbistanına gəlib. Bu günə onun Səudiyyə Ərəbistanı liderləri ilə danışıqlar aparması, eləcə də BƏƏ və Qətərə səfərləri planlaşdırılıb.

Musavat.com

Избранный
16
20
musavat.com

10Источники