RU

Müctəba Dəmirçilu Azərbaycana təşəkkür etdi

Yazını böyüt
Yazını kiçilt

"Humanitar yardım karvanı Azərbaycan xalqı və hakimiyyətinin İran xalqı ilə həmrəyliyini və mənəvi dəstəyini nümayiş etdirir".

Hafta.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə açıqlamasında bildirib.

"İranın hərbi hücuma məruz qaldığı bir dövrdə bu cür dəstək bizim üçün çox önəmlidir. Azərbaycan İrana humanitar yardım göndərən ilk dövlətdir", - deyə qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycandan İrana üçüncü humanitar yardım partiyası yola salınıb. 

Избранный
16
1
hafta.az

2Источники