RU

Bizim əsas məqsədimiz bu idman növünü gənclər arasında yaymaq, yeni yeni stadionlar tikməkdir Orxan Məmmədov

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Sportal.az saytına müsahibə verib.

- Uzun illərdən sonra “Birbaşa Bakı” çempionluğu əldən verdi və “Zirə” çempion oldu. Təəssüratınız necədir? 

- Bəli, mövsümü bitirdik. “Zirə” tarixdə ilk dəfə çempionluq qazandı. Federasiya üçün mötəbər hadisədir. Çünki yeni komanda çempion oldu. Bu da onu göstərir ki, minifutbol inkişaf edir. Əlamətdar hal o oldu ki, bu il çempionatda 16 komanda iştirak etdi. Bu da minifutbola olan marağı göstərir, yeni komandalar yaradıldı, sahibkarlar və sponsorlar bu idman növünə maraq göstərir. Bizim də əsas məqsədimiz bu idman növünü gənclər arasında yaymaq, yeni-yeni stadionlar tikməkdir. İstəyirik ki, daha çox insan bu idman növü ilə məşğul olsun. “Zirə”ni təbrik edirəm. Gərgin mübarizə getdi. Həmişə bu iki komandanın oyunu çox gərgin keçir. Onların arasında böyük rəqabət var. “Zirə”nin qalib gəlməsi onu göstərir ki, komanda inkişaf edir. Bu il milli komandamız da Avropa çempionatında iştiraka hazırlaşır. Komandamız inkişaf edir, yeni üzvlər var. Əminik ki, çempionatda olan rəqabət milliyə təsir edəcək. Millimiz Avropa çempionatında dünya çempionu kimi iştirak edəcək və ümid edirik ki, ölkəmizə medallarla geri dönəcək. 

- Bu mövsüm hansı müsbət və mənfi məqamlar oldu? 

- Əsas məqsədimiz odur ki, bu cür meydançalar daha çox olsun. İndi yox, çətindir, amma heç olmasa 3-4 komandanın belə meydançasının olmasını istəyirik. Biz də çalışaq ki, böyük futbodakı kimi hər komanda öz meydanında oynasın. Əsas məqsədimiz odur. Sponsorlarla, iş adamları ilə birgə bu məsələni nəzərdən keçirməyə çalışırıq. Komandalarla da işbirliyi qururuq. İnkişaf gedir. Komandalar güclənir. Bu, müsbər haldır. Əminəm ki, gələcəkdə başqa hallar da aradan qaldırılacaq. 

- Dünya çempionatınsan əvvəl milli üçün xüsusi arenanın tikilməsi planda idi. Bu məsələ nə yerdədir? 

- Bəli, plan var. Hələlik təəssüf ki, məkanı seçməmişik. Dövlət tərəfindən də müəyyən dəstək gözlənilir. Bu mövzuda iş gedir. Məkan seçildikdən sonra minifutbol meydançasının tikilməsinə elə də çox vaxt sərf etməyəcəyik. Maksimum 1-2 ilə bu məsələ həll olunacaq. Komandamız Avropa çempionatından qabaq iki təlim-məşq toplanışı keçəcək. Əminəm ki, yeni üzvlər olacaq,  çempionat qabağı heyət açıqlanacaq. 

- “Birbaşa Bakı” Çempionlar Liqasını qazanmışdı. Eyni uğuru “Zirə”dən də gözləmək olar? 

- Əlbəttə, komandalarımız avrokuboklarda da özünü göstərir. “Zirə” ənənəvi olaraq orada iştirak edir. Bu il artıq çempion kimi orada iştirak edəcəklər. Nəticə gözləyəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
5
sportal.az

6Источники