RU

Gəncədə kişi meyiti tapıldı

Gəncədə 27 yaşlı kişinin meyiti tapılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü V.Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Mərhumun meyiti müayinə olunmaq üçün “Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. 
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Избранный
23
50
redaktor.az

10Источники