RU

​Qan qrupunu soruşur, sonra işə götürürlər

Yaponiyada işə götürülən adamdan ilk növbədə hansı qan qrupuna aid olduğu soruşulur. Metbuat.az xəbər verir ki, bunun səbəbi açıqlanıb. Yapon alimləri hesab edirlər ki, 0, A, B və AB qruplarının fərqli davranış və stress xüsusiyyətləri var. Bu isə iş yerində performans və uyğunluq baxımından faydalı ola bilər. Məsələn, 0 qan qrupuna aid olan insanlar məsuliyyətli, nizamlı və vicdanlı əməkdaş kimi təsvir edilir, lakin onların stres altında daha aqressiv davranmağa meyli olduğu düşünülür. Digər qruplarla bağlı da fərqli xarakter xüsusiyyətləri iddia olunur ki, bu da iş müsahibələrində əlavə məlumat kimi istifadə edilir.

Bu ənənənin elmi əsası mübahisəli olsa da, Yaponiyada hələ də bəzi şirkətlər işə qəbul prosesində bu sualı verməyə davam edir.

Избранный
26
metbuat.az

1Источники