RU

“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

Mel Bruksun 1987-ci ildə çəkdiyi “Spaceballs” elmi-fantastik parodiyası illər ərzində kult status qazanıb. “Star Wars” və “2001: A Space Odyssey” kimi məşhur filmlərə satirik yanaşması ilə tanınan ekran işi illər sonra yenidən çəkiləcək.

Kulis.az xəbər verir ki, filmin rejissoru Coş Qrinbaum, ssenari müəllifiCoş Qad, Den Hernandes və Benci Samitdir.

Filmdə Rik Moranis aktyorluğa qayıdaraq yenidən Lord Dark Helmet obrazını canlandıracaq. Gözlənilən davam filmi ilk ekran işinin 40 illiyinə təsadüf edərək 23 aprel 2027-ci ildə nümayiş olunacaq.

Ekran işində Bil Pulman Lone Starr, Dafna Zuniqa şahzadə Vespa, Corc Uayner isə polkovnik Sandurz rollarında yer alacaq. Layihədə həmçinin Kiki Palmer, Entoni Karriqan və Luis Pulman da çəkilir.

1987-ci ildə çəkilən orijinal film kimi yeni filmin də “Star Wars”, “Star Trek” və “Alien” kimi məşhur elmi-fantastik seriyalara istinadlarla zəngin olacağı gözlənilir.

Избранный
23
1
kulis.az

2Источники