ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
2018-20- ci illərdə ''Fənərbaxça''da forma geymiş Jailson ''Fanatik'' nəşrinə acıqlamalar verib. Türkiyədən ayrıldıqdan sonra Çində, vətəni Braziliyada və İspaniyada top qovan ''sambaçı'' hazırda ''Los Anceles''in şərəfini qoruyur. 30 yaşlı futbolçu ''sarı-lacivərdlilər''də 63 rəsmi oyuna çıxaraq aktivinə 3 qol, 1 məhsuldar ötürmə yaza bilmişdi. "Football-plus.az" xəbər verir ki, Türkiyədə oynadığı dönəmdə başına gələnlərdən və qalmaqallı ''Qalatasaray'' derbisindən danışan Jailson diqqətçəkən etiraflar edib:
''İstanbula ilk gəldiyim günü heç vaxt unutmayacam. Ümumiyyətlə, həyatımda ilk dəfə Türkiyəyə ayaq basmışdım. Fanatların coşqusundan yaxşı mənada təsirlənmişdim. İnanılmaz bir təcrübə idi. Türkiyədə meydanda yaşadığım ən unudulmaz olay isə ''Qalatasaray''la derbidə baş verənlər və o görüşdə vurduğum bərabərlik qoludu. İndiyə qədər də o qolu xatırladığımda duyğulanıram. Final fitindən sonra aləm qarışmışdı və Belhandanın sifətinə zərbə endirmişdim. Bu, qürur duyduğum bir an deyil. Xüsusilə də uzunmüddətli cəza alaraq bir çox oyunu qaçırdığım üçün. O zamanlar gənc idim. O cür anda hisslərimi idarə edəcək təcrübəyə sahib deyildim. İndiki təcrübəmlə həmin olaya başqa gözlə baxıram. O vaxtdan bu yana yaşadıqlarıma əsasən deyə bilərəm ki, yanlış bir hərəkət idi. İndiki ağlım olsa, belə etməzdim. O derbidə zatən qol vurmaqla iz buraxmışdım. Bu, yetərli idi. Mən həmişə demişəm ki, hansı mövqeyimdən asılı olmayaraq komandaya yardım etməyə hazıram. O dönəmdəki baş məşqçi (Ərsun Yanal) məni müdafiənin mərkəzində oynatmağa üstünlük verirdi. Təbii ki, əlimdən gələni edirdim. Amma fikrimcə, öz mövqeyimdə oynasam, faydam daha çox olardı. Türkiyədə ikinci mövsümün sonlarına yaxın Çindən maraqlı bir təklif aldım. Maddi cəhətdən mənim üçün çox önəmli bir sıçrama reallaşdırmaq fürsəti idi. Ona görə də təklifi qəbul etdim. ''Fənərbaxça''dan ayrıldıqdan sonra Türkiyədən maraqlanan klublar olmuşdu. Amma iş anlaşma nöqtəsinə qədər gəlib çıxmadı. Fanatlara atəşli salamlarımı göndərirəm. ''Fənər''i uzaqdan da olsa, hər zaman dəstəkləyirəm. Bu klub hər zaman qəlbimdə qalacaq''.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.