RU

Qvardiola yoldaşlıq oyunlarını tənqid etdi: “Heç bir mənası yoxdur”

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, bu beynəlxalq fasilənin heç bir mənası olmayıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə Sky Sports-a açıqlamasında danışıb.

Qvardiolanın fikrincə, klub mövsümü həlledici mərhələyə daxil olanda bu cür fasilələr özünü doğrultmur.

“Doqquz aya yaxın müddətdə hər üç gündən bir bütün titullar uğrunda oynayırsan, sonra isə futbolçuları müxtəlif qitələrdən toplayıb yoldaşlıq oyunları keçirmək doğru deyil. Seçmə mərhələ olanda bunu başa düşmək olar, amma yoldaşlıq oyunları? Zədə riski çox böyükdür və bu, həqiqətən heç bir məna kəsb etmir”, - deyə X.Qvardiola bildirib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
14
icma.az

10Источники