RU

Fazil Mustafanın ailəsindən xoş xəbər

Fazil Mustafa baba oldu

Millət vəkili Fazil Mustafa bu gün ilk nəvəsinin dünyaya gəlməsi ilə böyük sevinci yaşayıb.

Musavat.com xəbər verir ki, millət vəkili bu xoş xəbəri öz sosial media hesabında paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.

Fazil Mustafa paylaşımında yazıb:
"Yaradana min şükür! Bir azdan Antalyada Türkiyə millət vəkilləri ilə final matçına çıxacağıq. İndicə isə həyatımın ən gözəl xəbərlərindən birini aldım. Ocağımızın ilk nəvəsi – Atabəy dünyaya gəldi. Hamıya bu gözəllik nəsib olsun, bu xoşbəxtliyi yaşayanların da Allah nəvələrini daim xoşbəxt etsin! İnanılmaz bir duyğu içindəyəm."

Qeyd edək ki, Fazil Mustafanın oğlu Ərturan ötən ilin iyun ayında Aytən adlı xanımla ailə həyatı qurub.

Xalidə Gəray
Musavat.com

 
Избранный
34
2
musavat.com

10Источники