RU

Azərbaycan XİN: Beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"4 aprel - Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Gün münasibətilə Azərbaycan minaların yaratdığı ağır humanitar təsirlərin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiqləyir".

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) "X" hesabında paylaşım edib.

"Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur. Azərbaycan mina çirklənməsindən ən çox təsirlənən ölkələr arasında qalır. Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və zərərçəkənlərə yardımın gücləndirilməsinə çağırırıq. Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır", - deyə paylaşımda qeyd olunub.

On 4 April – International Day for Mine Awareness and Assistance in Mine Action – #Azerbaijan reaffirms its strong commitment to addressing the severe humanitarian impact of landmines.In Azerbaijan, landmines and unexploded ordnance continue to pose a grave threat to human… pic.twitter.com/66MjjmOvr1

— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) April 4, 2026

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
50
oxu.az

10Источники