RU

Prezident Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirdi

11:37 04.04.2026
11:37 04.04.2026

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Mynews.az xəbər verir ki, bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib:

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik".


Избранный
19
18
mynews.az

10Источники