RU

Bakı metrosu bir aya 18 milyondan çox sərnişinə xidmət göstərdi

Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib.

Publika.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Ötən ay ən çox sərnişin martın 6-da daşınıb – 796 734 nəfər.

Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb. 21-22 mart tarixlərində "Sahil" stansiyası metronun ən işlək nöqtəsi olub və adi vaxtlardan 51 % daha çox sərnişin qəbul edib.

Избранный
11
13
publika.az

10Источники